“Milçək özünsən?”- - Rəqqasələrin qalmaqalı böyüyür

milcek-ozunsen-
Oxunma sayı: 1590


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, Fatimənin Oksananı “milçək” adlandırmasına qarşı tərəf sərt reaksiya verib. 

Oksana “Şou+” verilişinə açıqlamasında həmkarına cavab olaraq "Ona deyim ki, milçək özünsən? Bu mənə yaraşmaz. Kiməsə bu sözü demək səviyyəmə uyğun deyil. O elə ifadə ilə özünü, səviyyəsini göstərdi” söyləyib. 

Fatimənin “Mən sponsorun hesabına tanınmamışam” sözü isə Oksananı özündən çıxarıb və o, həmkarını hədələyib: 

“Açaram sandığı, tökərəm pambığı. Elə məqamlara toxunaram ki... Heç kim mənim qarşımda nəsə edə bilməz. Belə cılız məsələlərə qarışmaq istəmirəm. Əsas odur ki, sənətdə mən ondan böyüyəm. O yaşda məndən böyük ola bilər. Sənətdə mən ondan daha qocayam”.