Millət vəkili Britaniyalı jurnalistlə görüşüb

millet-vekili-britaniyali-jurnalistle-gorusub
Oxunma sayı: 626

“Qafqazinfo”nun məlumatına görə, fikir mübadiləsi zamanı millət vəkili ona Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətləri ilə bağlı ətraflı məlumatlar verib. Ermənistanla sərhəd, cəbhə bölgələrindən birinin təmsilçisi olaraq millət vəkili Qənirə Paşayeva Böyük Britaniyalı jurnalist Jackie Storerə Ermənistan Silahlı Qüvvələrinin snayperlərlə dinc azərbaycanlıları, məktəbləri hədəfə alması, qəbiristanlıqları yandırması, 13 yaşlı Aygün Şahmalıyevanı oyuncağa quraşdırdıqları partlayıcı qurğu ilə qətlə yetirmələri, Fariz Bədəlovun simasında körpə yaşlı uşaqları qətlə yetirmələri kimi vandalizm aktları barədə məlumatlar verib.

Görüş zamanı Böyük Britaniyalı jurnalist Jackie Storer Azərbaycanda qadın haqları, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi, məişət zorakılığına və erkən nikahlara qarşı mübarizə, qadın alverinin azaldılması istiqamətində görülən işlərlə bağlı millət vəkilinə suallar verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva bununla bağlı parlamentin gördüyü işlər, qəbul etdiyi qanunlar, əldə olunan nəticələr və həllini gözləyən problemlərlə bağlı məlumatlar verib: “Qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi getdikcə daha da artır və bu rolun daha da artması ölkənin siyasətində prioritetlərdən biridir”.

Fatimə Kərimli