Millət vəkili də QMİ-yə etiraz etdi

millet-vekili-de-qmi-ye-etiraz-etdi
Oxunma sayı: 1472


"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Facebook hesabında millət vəkili Fazil Mustafa yazıb. O, bu gün bayram namazı qıla bilmədiyi üçün təəssüflənib:

"Məsciddən bildirdilər ki, sabah qılınacaq. Rayona yola düşəcəyimdən xeyli təəssüfləndim. Hər halda Bayram namazının farz olmadığını düşünərək, sabahı gözləmədən yola çıxdım. Azərbaycanda çox şeylər bərbad gündədir, din sahəsində isə işlər daha daha acınacaqlıdır. Biz, İslamı tarixən formalaşan Türk düşüncəsi ilə dərk edən insanlar təbii ki, referans olaraq Türkiyə təqvimini və qaydalarını götürürük, çünki oradakı qardaşlarımızın dini həssaslığı və səmimiyyəti bizim əksər nəzir mollalarının rəylərindən daha mötəbər sayıla bilər. Orada, eləcə də Məkkə və Mədinədə bayram namazı qılındığı halda Bakıda bunun təxirə salınması əslində ciddi bir yanlışlıq sayılmalıdır. Bununla belə tək təsəllim yol üstündə -Acıdərədə həmişəki kimi Türk əsgərinin məzarını ziyarət etmək oldu. Torpağımızı düşməndən təmizləmiş, bizə dövlət qurma şansı vermiş və bu yolda şəhid olmuş böyük qəhrəmanımız Nuru Paşanın cəsur əsgərinin tək məzarını ziyarət etməklə elə Bayram namazında aldığım zövqü aldığımı söyləyə bilərəm".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qərarına əsasən Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı avqustun 9-u səhər saat 09.00-da qılınacaq.