Millət vəkili ermənilərin güllələdiyi tovuzlulardan danışdı

millet-vekili-ermenilerin-gullelediyi-tovuzlulardan-danisdi
Oxunma sayı: 796


"Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, o bildirib ki, dünən axşam Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq mülki vətəndaş Əlibəyli kənd sakini Əliyeva Ətayənin evini və özünü atəşə tutub və nəticədə o yaralanıb və təcili olaraq Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Bu gün səhər saatlarında isə Ermənistan SQ yenə də atəşkəs rejimini pozaraq yenə də öz çirkin əməllərinə əl ataraq  mülki sakin  72 yaşlı Nağıyeva Qaraqızı və onun 5 yaşlı nəvəsi Nurcanı yaralayıblar: "Ermənistan silahlı qüvvələrinin bu əməlləri bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla bərabər insanlıqdan kənar əməllərdir. Amma Ermənistan silahlı qüvvələri yaşlı qadın, körpə uşaq demədən mülki vətəndaşları və onların evlərini atəşə tutmaqla, yaralamaqla öz çirkin xislətlərindən əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirirlər. Doğrudur, ordumuz bütün istiqamətlərdə olduğu kimi Tovuz istiqamətində də kifayət qədər güclüdür və düşmənə layiqli cavab verirlər və veriblər. Amma düşmən yenə də məhz mülki insanları hədəfə almaq, onları yaralamaq, evlərinə zərər vurma əməllərindən əl çəkmirlər. Yaxın günlərdə Avropa Şurası Parlamanet Assambleyasının sessiyasında bu məsələni təbii ki qaldıracağıq. Eyni zamanda inanıram ki, yaxın günlərdə Bakıda keçiriləcək ATƏT PA-nın toplantısında da nümayəndə heyətimiz bu məsələni qurumun diqqətinə çatdıracaq və ondan bu kimi məsələlərə sərt münasibət bildirməsini və addımlar atmasını tələb edəcəkdir. Biz də Avropa Şurasında məhz bu düşüncə ilə çıxış edəcəyik. Mən o bölgəni təmsil edən millət vəkili olaraq onların səsini və çağırışlarını buradan beynəlxalq təşkilatlara çatdırmaq istəyirəm. Onlar BMT-dən, ATƏT-dən, Avropa Şurasından və onların burdakı ofislərindən mülki Azərbaycan vətəndaşlarının və onların evlərinin hədəfə alınmasına son qoyulması istiqamətində sərt açıqlamalar və münasibət və Ermənistana onlara son qoyulması istiqamətində təzyiq göstərmələrinə çağırırlar. Məhz beynəlxalq təşkilatların bu məsələlərə bu cür duyarsız münasibətindən Ermənistan istifadə edərək öz çirkin əməllərini davam etdirir və biz beynəlxalq təşkilatları Ermənistana təzyiq göstərməyə çağırırıq. Bir çox məsələlərə çevik reaksiya verən beynəlxalq təşkilatlar nə üçün bu qədər ədalətsizliyə göz yumur , biz onları artıq bu cür münasibətə son qoymağa və daha duyarlı münasibətə çağırırıq. Eyni zamanda ön cəbhə kəndlərində ən ön nöqtələrində yerləşən  evlərin, ailələrin təhlükəsizliyinin daha da artırılması üçün həmin evlərin önündə təhlükəsizlik divarlarının tikintilərini daha da sürətləndirmək lazımdır. Bu istiqamətdə müəyyən işlər başlamışdı və mən aidiyyəti qurumları bu işləri, təhlükəsizlik divarlarının tikintisini daha da sürətləndirməyə çağırıram. Bu müəyyən qədər ən ön nöqtələrdə yerləşən evlərin, ailələrin təhlükəsizliyini bir az da olsa artıra bilər. Eyni zamanda ön cəbhə kəndləri ilə bağlı xüsusi proqrama da ehtiyac var."