Millət vəkili Gürcüstanda AŞPA-nın iclasına qatılacaq

Millət vəkili Gürcüstanda AŞPA-nın iclasına qatılacaq
Oxunma sayı: 786

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Məclis Aparatından “Qafqazinfo”ya verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi