Millət vəkili Gürcüstandan gələn nümayəndədələrlə görüşüb

millet-vekili-gurcustandan-gelen-numayendedelerle-gorusub-
Oxunma sayı: 635

Görüş zamanı Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan və Gürcüstan Parlamentləri arasındakı əlaqələr, xüsusilə Gürcüstan vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Nümayəndə heyətinin üzvləri bir sıra təkliflər səsləndiriblər və həmin təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Q. Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq onların qaldırdıqları məsələlərin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcək.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır: "Azərbaycanın Gürcüstanla bağlı həyata keçirdiyi siyasətdə, layihələrdə, Azərbaycan tərəfindən bu ölkəyə qoyulan böyük investisiyalarda, açılan iş yerlərində təbii ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız hər zaman böyük diqqət mərkəzində olur. Ona görə də mən ümid edirəm ki, soydaşlarımızın qaldırdıqları bəzi təkliflər də öz həllini tapa biləcək. Biz də Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu olaraq bəzi dövlət qurumları ilə bu istiqamətdə müzakirələri daha da artıraraq, onların həlli istiqamətində səylərimizi daha da gücləndirəcəyik ".