Millət vəkili ipotekadan danışdı

millet-vekili-ipotekadan-danisdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili bildirib ki, çünki insanların, xüsusilə, gənclərimizin, gənc ailələrin, aztəminatlı, az gəlirli ailələrin öz mənzil şəraitlərini yaxşılaşdırmaları üçün daha güzəştli şərtləri olan ipotekadan, sosial ipotekadan yararlanmalarına böyük ehtiyacları var.
Bu fikirləri Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva dilə gətirib. O deyib ki, bu gün çoxlu sayda insanlarımızın mənzil ala bilmələri ilə bağlı ciddi problemləri var və ipoteka şərtlərinin yumşaldılması xeyli sayda insanlarının ev probleminin həllinə yardımçı ola bilər.
"Mənzil və ev alma bu gün gənclərimizin, gənc ailə sahiblərimizin, aztəminatlı, az gəlirli ailələrin ən böyük problemlərindən və çətinliklərindən biri olduğunu nəzərə alaraq hökumətin qısa zamanda ipoteka şərtlərinə yenidən baxmağa çağırırıq. Bizə müraciət edən seçicilərimiz, çoxlu sayda insan hökumətdən ipoteka şərtlərinin ciddi şəkildə yumşaldılmasını və sosial ipoteka məsələsinin həllini xahiş edir və gözləyir. Dövlətimizin imkanları getdikcə daha da artır və ümid edirik ki, yaxın zamanlarda bu məsələ öz həllini tapar."