Millət vəkili İraq Parlamentinin baş katibi ilə görüşüb

millet-vekili-iraq-parlamentinin-bas-katibi-ile-gorusub
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı İraqdakı vəziyyət, türkmənlərin vəziyyəti, Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. Azərbaycanı sevdiyini deyən türkmın kökənli Məhəmməd Əl Xalidi parlamentlərarası münasibətlərin inkişafının vacibliyini vurgulayıb. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də bu istiqamətdə münasibətlərə öz müsbət töhvəsini verəcəyini qeyd edib.

Qənirə Paşayeva görüşdə Ermənistanın Azərbaycana təcavüzü və İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.

Qənirə Paşayeva Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə daha geniş çatdırılmasının vacibliyinə də toxunub və Məhəmməd Əl Xalidiyə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onu Azərbaycana dəvət edib. Məmununiyyətlə Azərbaycana səfər etmək istədiyini deyən Məhəmməd Əl Xalidi həm ölkələr, həm də Azərbaycan türkləri ilə İraq türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıb.

Fatimə Kərimli