Millət vəkili İraqın sabiq baş naziri ilə görüşdü

millet-vekili-iraqin-sabiq-bas-naziri-ile-gorusdu
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, Bağdadda “İraqın demokratik seçimi. Gələcəyə baxış” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən görüş zamanı Azərbaycanla İraq arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb. İbrahim El Caferi və İraq parlamentinin üzvləri görüş zamanı Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını deyiblər. Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.
Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilməməsi və bu istiqamətdə son vəziyyət barədə məlumat verib. İraqın bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə inandığını deyən millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycanda görməkdən məmnun olacaqlarını deyib.