Millət vəkili kütləvi şəkildə şəhərə gələn gənclərdən danışıb

millet-vekili-kutlevi-sekilde-sehere-gelen-genclerden-danisib
Oxunma sayı: 1069


“Qafqazinfo” xəbər verir ki, F. Muradov qeyd edib ki, gənclər kütləvi şəkildə rayonlardan Bakıya gəlir: ”Biz kənd təsərrüfatının inkişafından danışarkən insanların torpağa bağlılığını artırmaq üşün müəyyən stimullaşdırıcı işlər görməliyik. O baxımdan mən istərdim ki, kənd təsərrüfatının inkişafı ilə bağlı rəqəmlər reallığa da çevrilsin. Bu məsələdə ciddi addımlar atıla bilər. Əslində dövlət büdcəsində bunun üçün lazımi vəsait ayrılıb”. 

Eyni zamanda deputat həri iki valideynini itirmiş uşaqlara xüsusi yanaşmanın olmasını da vurğulayıb: “Bilirsiniz ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq var. Heydər Əliyev Fondu tərəfindən  "Xocalıya ədalət” kampaniyası çərçivəsində onlara yardım edilir. Amma kompleks şəklində onlara yardım etmək üçün büdcədə bu məsələyə diqqət yetirilməlidir”.

Günel Türksoy