Millət vəkili macarlarla ön cəbhədə

millet-vekili-macarlarla-on-cebhede
Oxunma sayı: 657


“Qafqazinfo” xəbər verir ki, Macarıstan nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva və Tovuz rayon icra hakimiyyəti rəsmilərinin müşayiəti ilə ilk öncə Tovuz rayonunun girəcəyində ucaldılmış Qala abidəsinə baş çəkib. Onlara qala divarlarında əks olunan Azərbaycanın tarixi və müasir xəritələri ilə bağlı məlumat verilib. Bəzi imperiyalar, ölkələr və güclər tərəfindən Azərbaycan xalqının və torpaqlarının son 2 əsrdə başına gətirilən müsibətlər, 2 yerə bölünmələr, işğallar, zorla alınaraq torpaqlarımizin Ermənistana verilməsi, onlara bizim torpaqlarımız hesabına dövlət yaradılması kimi tarixi faktları özündə əks etdirən müqayisəli 3 xəritə və orada öz əksini tapan tarixi gerçəkliklər barədə qonaqlara geniş məlumatlar verilib. 

Qarabağ problemində hər zaman Azərbaycanın, ədalətin yanındayıq və olacağıq deyən Macarıstan nümayəndə heyəti yerli sakinlərlə də söhbət ediblər. Səfər çərçivəsində Macarıstan nümayəndə heyəti Tovuz rayonunda Şəhidlər Xiyabanını, tarixi-mədəni yerləri, abidədləri ilə də geniş tanış olublar, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla, rayon ziyalıları ilə görüşlər keçirib və bu səfərin onların həyatında önəmli iz buraxacağını deyiblər.