Millət vəkili öldürüldü

millet-vekili-olduruldu
Oxunma sayı: 1404


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, şiə meyilli Bədr blokundan deputat seçilən Əhməd Hafacinin öldürüldüyü teraktda daha 6 nəfər həyatını itirib, 20 nəfər isə ağır yaralanıb. 

Təhlükəsizlik qüvvələrinidən verilən açıqlamada bildirilir ki, Bağdadın şimalında həyata keçirilən terror olayı kamikadze vasitəsi ilə törədilib. Belə ki, kamikadze bomba yüklü avtomobili millət vəkilini müşaiyət edən maşın karvanın yanında partladıb.

İraq höküməti ölü sayının artmasından narahatlıq ifadə edib. 

Terror hadisəsinə görə, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.