Millət vəkili Qarabağ münaqişəsiylə bağlı məruzə ilə çıxış edib

millet-vekili-qarabag-munaqisesiyle-bagli-meruze-ile-cixis-edib
Oxunma sayı: 823


“Qafqazinfo” xəbər verir ki, millət vəkili Qənirə Paşayeva çıxışı zamanı Azərbaycan və Türkiyənin və ümumiyyətlə bütün Türk dövlət və toplumlarının, diaspor təşkilatlarımızın əlaqəli şəkildə fəaliyyət göstərmələrinin, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini qeyd edib. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin, və ümumiyyətlə bütün Türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə daha çox işlərin görülməli olduğunu deyib və türk diaspor təşkilatlarını da bu məsələlərdə daha da aktiv olmağa çağırıb. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Qənirə Paşayeva bu məsələdə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk kökənli insanlar birgə mübarizəsini daha da artırmalı, bu yalanların qarşısını almaq üçün Qarabağ, Xocalı həqiqətlərinin daha geniş yayılmasına birlikdə nail olmalıyıq deyib. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. “Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, - deyə millət vəkili əlavə edib. Bu məsələdə hər bir türk insanının üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi,həqiqətlərimizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Millət vəkili Qənirə Paşayeva mədəniyyət diplomatiyasını biri-birimizi daha yaxından tanımaq və biri-birimizə daha çox sahib ola b ilməmiz üçün bütün Türk dövlətləri və doplumları olaraq ilk öncə öz aramızda daha da genişləndirilməliyik. 

Tədbirdə Türkiyədən və Türk dünyasının müxtəlif dövlət və toplumlarından, diaspor təşkilatlarından da nümayəndələr iştirak və çıxış ediblər və onlar da öz çıxışlarında Qarabağ problemi, Xocalı Soyqırımı həqiqətlərinin yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı mübazidə bütün Türk kökənli insanların ortaq fəaliyyətinin daha da güclənməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə səylərini daha da gücləndirəcəklərini deyiblər.