Millət vəkili Rumıniyada

millet-vekili-ruminiyada
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, o, Rumıniya parlamentinin spikeri Roberta Anastase, Rumıniya parlamentinin Sənaye və xidmət komitəsinin sədri Iulian Iancu və parlamentin deputatı Viorel Constantinescu ilə görüşlər keçirib. İkitərəfli görüşlərdə Azərbaycan-Rumıniya əlaqələrinin inkişafı, parlamentlərarası dostluq qrupunun fəaliyyəti, müzakirə olunub. Rumıniya parlamentinin spikeri Roberta Anastase ilə görüş zamanı Fuad Muradov bildirib ki, bu gün Azərbaycan iqtisadi cəhətdən inkişaf dinamikası yüksək olan ölkələr sırasındadır.

Millət vəkili eyni zamanda Azərbaycanın ərazi bütövlüyü məsələsi barədə Rumıniya parlamentarilərini məlumatlandırıb: “Bu gün Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal edilib, bir milyondan artıq vətəndaş öz doğma yurdlarından məcburi olaraq çıxarılıb. Azərbaycanın Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etmə cəhd edir. Lakin Ermənistanın hətta BMT təhlükəsizlik şurasının qətnamələrinə məhəl qoymadığını və beynəlxalq konvensiyaları kobud şəkildə pozur”.

Qeyd edək ki, millət vəkilinin səfəri noyabrın 20-dən 23-dək davam edəcək.

Fatimə Kərimli