Millət vəkili şəhid ailələri ilə birgə - Fotolar

millet-vekili-sehid-aileleri-ile-birge-fotolar
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Seyidcahanın verdiyi konsertdə diplomatik korpusun nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimləri, ziyalılar iştirak edib.

Tədbirin açılışında çıxış edən Qənirə Paşayeva bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. “Şəhidlərimiz kimi, onların anaları da bizim üçün çox qiymətlidirlər. Vətənimiz, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlər kimi şəhid anaları da müqəddəs və dəyərlidir. Çünki bu xanımlar vətənin çətin günündə onu müdafiə edən və uğrunda şəhid olan dəyərli oğullar, qızlar böyüdüb. Onların xatirəsi bizlər üçün əzizdir”.

Qənirə Paşayeva “Həyata küsmə” albomunun satışından əldə olunan gəlirlə cəmiyyətin saytının yaradılacağını və şəhidlərimizlə bağlı bəzi kitab və video materialların hazırlanacağını bildirib: "Hesab edirəm ki, bugünkü tədbirin xeyriyyə aksiyası formasında təşkil edilməsi cəmiyyətimizdə hər birimizin bu cür humanist və aktual mövzulara həssas yanaşması və dəyərli işlər görməyə təşviq edilməsi baxımından vacibdir”.

Tədbirdə iştirak edən Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyit Ahmet Arslan, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saadettin Topukçu çıxış edərək qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə öz təbriklərini dilə gətiriblər.

Tədbirdə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Azərbaycanın əməkdar artisti Elza Seyidcahana məxsus “Həyata küsmə” albomunun satışından əldə olunan gəlir Respublika Şəhid Anaları Cəmiyyətinə bağışlanıb.