Millət vəkili tibbi sığortadan danışdı

millet-vekili-tibbi-sigortadan-danisdi-
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Hesablama Palatasının illik hesabatı ətrafında müzakirələr zamanı icbari tibbi sığortanın tətbiq olunmamasından narahatlığını ifadə edərək bildirib: “Hesabatda qeyd olunur ki, 4 ildir bu sahəyə dövlət büdcəsindən vəsait ayrılsa da, xərclənmədiyindən yenidən büdcəyə qaytarılır. Halbuki icbari tibbi sığorta tətbiq edilməyənədək ölkədə səhiyyənin istənilən inkişafından danışmaq olmaz. Dünyada səhiyyə sistemi tibbi sığorta üzərində qurulub, tibbi sığortasız normal səhiyyə sistemini təsəvvür etmək mümkün deyil".

Millət vəkili ölkədə tibbi sığortanın geniş şəkildə tətbiqinə ciddi ehtiyac olduğunu vurğulayıb: "Biz hamımız bilirik ki, səhiyyə sahəsində ortaya çıxan, əhalinin bu sahədə üzləşdiyi bir sıra problemlərin həlli, səhiyyədə daha böyük islahatların keçirilməsi icbari tibbi sığorta sistemi inkişaf etmədən mümkünsüzdür. Aidiyyatı nazirlik və qurumları bu məsələyə xüsusi önəm verməyə çağırırıq."