Millət vəkili “Tolerantlıq və ifadə azadlığı”ndan danışdı

millet-vekili-tolerantliq-ve-ifade-azadligindan-danisdi
Oxunma sayı: 640

Q. Paşayeva çıxışında bildirib ki, Avropa məkanında və ümumiyyətlə, dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur.

Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, Azərbaycanın bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyi deyib: “Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Məhəmməd Peyğəmbəri təhqir edən filmin çəkilərək nümayiş edilməsi, ifadə azadlığı adı altında Peyğəmbərimizin karikaturalarının çəkilməsi, Quranın yandırırlması kimi hadisələr 1, 5 milyarda yaxın müsəlmanların ülvi hisslərinə bir hörmətsizlikdir və hansı dinin mənsubu olmasından asılı olmayaraq hər kəs insanlığın və dünyanın gələcəyi naminə bu kimi hallara qarşı öz etirazını bildirməlidir”.

Millət vəkili bildirib ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir.

O, sosial mediyanın da mədəniyyətlətarası dialoqun genişlənməsində böyük rol oynaya biləcəyini deyib.