Millət vəkili Türkiyəli qonaqlarla görüşüb

millet-vekili-turkiyeli-qonaqlarla-gorusub
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, o, Azərbaycanda səfərdə olan “Avropa Qəzetçilər Dərnəyinin” (AQD) baş direktoru Adnan Fişek, Türkiyə Böyük Millət Məclisinin dövlət müşaviri Cengiz Sağlam, “Başkent Platformu” qurumunun baş direktoru Mustafa Kurt, Azərbaycan əsilli tanınmış müğənni Nursaç Doğanişık, türk sənət musiqisinin məşhur ifaçısı Mehmet Özkaya ilə görüş keçirib. Görüşdə millət vəkili mədəniyyətin xalqlar, ölkələr arasında əlaqələr baxımından ən möhkəm körpü olduğunu qeyd edib. O, mədəniyyətin özəlliklə, Türkiyə və Azərbaycan kimi iki qardaş ölkə arasında oynadığı rolun ikiqat təsirə malik olduğunu vurğulayıb.

Görüşdə millət vəkili qonaqlara Azərbaycanın tarixi, bu günü, mədəniyyəti və xüsusilə Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, işğal etdikləri torpaqlarda törətdikləri vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib.

Bakıya səfərdən və bu görüşdən çox məmnun olduqlarını bildirən Azərbaycanda özlərini öz vətənlərindəki kimi hiss etdiklərini və Azərbaycanın uğurlarının Türkiyənin uğurları olduqlarını qeyd ediblər.

Fatimə Kərimli