Millət vəkili ünvanlı sosial yardımdan danışdı

millet-vekili-unvanli-sosial-yardimdan-danisdi
Oxunma sayı: 1985

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q. Paşayeva bildirib ki, bu gün də sadə insanlardan gələn müraciət və şikayətlər arasında ünvanlı sosial yardımla bağlı məsələlər ön sıralardan birini tutur: “Bu yardımlar əhalinin ən kasıb təbəqəsinə verilir və onların verilməsində ciddi sadələşdirilmələrə ehtiyac var. Elə ailə var ki, onun istismara yararsız bir avtomobili var və ya onlara torpaq sahəsi verilib, amma həmin torpaq sahəsi əkinə yararsızdır. Amma ünvanlı sosial yardımı verən təşkilatlar bunları önə çəkərək bir çox hallarda onlara ünvanlı sosial yardım verməkdən imtina edirlər. Buna son qoymaq üçün ünvanlı sosial yardımın təyin olunması üçün zəruri olan sənədlərin siyahısının təkmilləşdirilməsinə və sadələşdirilməsinə, bu kimi hallara son qoyulmasına ciddi ehtiyac var. Məsələn, əgər bir ailədə əlil varsa, nə üçün ona ödənilən müavinətin məbləği ünvanlı sosial yardım təyin edilən zaman ümumi ehtiyac meyarının məcmuəsinə daxil edilməlidir. O əlilə dövlət tərəfindən verilən pul onun dərman və sairə ilə bağlı ehtiyaclarına onsuz da zorla çatır. Bunları nəzərə alaraq ünvanlı sosial yardımın təyin olunması zamanı ailədə olan əlillərə, ahıllara, uşaqlara və digər ehtiyacı olan qruplara ödənilən müavinətlərin məbləğinin ümumi ehtiyac meyarının məcmuəsinə daxil edilməməsini təklif edirəm. Əgər bu dəyişikliklər gedərsə, yüzlərlə insanın ünvanlı sosial yardımla bağlı şikayət və problemləri azalmış olar və bu həllini gözləyən ən vacib problemlərdən biridir”.