Millət vəkili “zamanıdır” dedi

millet-vekili-zamanidir-dedi
Oxunma sayı: 642

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q. Paşayeva bildirib ki, Azərbaycanda artıq sosial ipoteka ilə bağlı məsələnin reallaşdırılması və öz həllini tapması sürətləndirilməlidir: “Çünki insanların, xüsusilə, gənclərimizin, gənc ailə sahibi olan vətəndaşlarımızın öz mənzil şəraitlərini yaxşılaşdırmaları üçün sosial ipotekadan yararlanmalarına böyük ehtiyacları var”.

Millət vəkili çıxışında qeyd edib ki, nəhayət sosial ipoteka ilə bağlı məsələnin öz həllini tapması zamanıdır: “Çünki mənzil və ev alma bu gün gənclərimizin və gənc ailə sahiblərimizin ən böyük problemlərindən və çətinliklərindən biridir. Parlament olaraq, biz bu məsələyə öz dəstəyimizi verməliyik. Yəni, “Sosial ipoteka haqqında” yeni qanun layihəsini, o cümlədən, qüvvədə olan “İpoteka haqqında” mövcud qanuna dəyişikliyi nəzərdə tutan qanunvericilik aktını yaz sessiyasının müzakirəsinə çıxarıb, qəbul etməliyik”.