Millət vəkilindən Qarabağ müraciəti

millet-vekilinden-qarabag-muracieti
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Q. Paşayeva gənclərin toplantısında Azərbaycan gənclərini Ağ Evin səhifəsində azərbaycanlılar tərəfindən yaradılan Dağlıq Qarabağ münaqişəsi və Xocalı Soyqırımı ilə bağlı 2 müraciəti imzalamağa çağırıb.

Millət vəkilinin sözlərinə görə, hər iki müraciətin hər biri üçün 100 mindən artıq səs toplanmalıdır, ona görə də gənclər sosial şəbəkələrdə daha fəal olmalı, hər kəsi bu müraciətlərə (petisiyalara) imza verməyə səsləməlidirlər.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tanınması ilə bağlı müraciət üçün 100 min səs fervralın 22-nə qədər, Xocalı Soyqırımın tanınması ilə bağlı müraciət üçün 100 min səs fevralın 25-nə qədər toplanmalıdır.

Dağlıq Qarabağ münaqişəsinin tanınması ilə bağlı müraciətə imza vermək üçün aşağıdakı linkə daxil olursunuz:

https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt
Daha sonra CREATE AN ACCOUNT (yuxarı sağ küncdə) tiklayırsınız və email ünvanınızı və özunuz haqqında məlumatı gostərilən ardıcıllıqla sistemə daxil edirsiniz və CREATE tiklayırsınız. 2 dəqiqə ərzində sizin email ünvanınıza 10 simvoldan ibarət məxfi söz yeni PASSWORD göndərilicək. Bundan sonra siz yuxaridaki LİNKİN yenə sag yuxarı kuncündə LOG İN yazısını tıklayırsınız və email ünvanınızı 1-ci qrafaya və emailinizə göndərilmiş məxfi sozü 2-ci qrafaya yazıb LOG İN edirsiniz.
2-ci ADDIM LOG İN edib akauntunuza daxil olduqdan sonra bu https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt LİNKƏ yenidən girirsiniz və SİGN THİS PETİTİON yazısını tiklayırsınız və bununla da İMZA vermiş olursunuz.
Xocalı Soyqırımın tanınması ilə bağlı müraciətə imza vermək üçün aşağıdakı linkə daxil olursunuz:

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx