Millət vəkilinin qardaşı öldürüldü

millet-vekilinin-qardasi-olduruldu
Oxunma sayı: 650

APA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, hələlik şəxsiyyəti müəyyənləşməyən bir nəfərin silahlı hücumuna məruz qalan R. Dindar xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Doğan Xəbər Agentliyi isə dünən gecə Diyarbakırda bir canlı bombanın yaxanlanması barədə xəbər verib. Məlumata görə, Diyarbakır polisi PKK terrorçularının hazırladığı hücum barədə əməliyyat məlumatı alandan sonra şəhərdə təhlükəsizliyi gücləndirib.

Onlar terrorçuların “canlı bomba”sını şəhər yaxınlığında maşında yaxalayıblar. Polis üzərində qurulmuş bomba qurğusu aşkarlanan terrorçunu partlayış törətməsinə imkan vermədən zərərsizləşdirib. Onun üstündən xüsusi əl bombaları da aşkarlanıb.

Polis yaxalanarkən narkotik maddə istifadə etmiş olan terrorçunun ifadəsini almağa başlayıb.