Millət vəkilləri prezidentlə görüşdülər

millet-vekilleri-prezidentle-gorusduler
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşdə millət vəkililəri Qənirə Paşayeva və Musa Qasımlı ŞKTC -nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü deyib və Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildiriblər. Dəfələrlə Şimali Kipr Türk Cümhuriyyətinə səfərlər etdiklərini, buradakı insanımız, onun tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi barədə geniş məlumatlı olduqlarını deyən millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı Azərbaycanla ŞKTC arasında əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu bildirib və ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını bildiriblər. ŞKTC -də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı ŞKTC prezidenti Dərviş Eroğlu ilə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizə və Kıbrıs problem ətrafında da geniş müzakirələr aparıblar.

Millət vəkilləri Qənirə Paşayeva və Musa Qasımlı görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bu gün də törətməkdə davam etdiyi vandalizm aktları, Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətə dair də fikirlərini söyləyiblər və dünyanın hər yerində yaşayan insanlarımızın harada doğulmasından asılı olmayaraq milli məsələlərin müdafiəsi istiqamətində birgə səylərinin artmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.