Millətlər Liqasının ən sərrast futbolçusu - Riçard Almeyda

Millətlər Liqasının ən sərrast futbolçusu
Oxunma sayı: 1374

Futbol üzrə UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyunlarından sonra statistik məlumatlar açıqlanıb. “Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçusudu.

30 yaşlı futbolçu keçirdiyi 3 oyundan sonra 215 dəqiq ötürmə ilə birinci pillədə qərarlaşıb. Yığma komandamızın digər üzvü Qara Qarayev isə bu göstəricidə 3-cüdü. Onun hesabında 201 ötürmə var. İkinci pillədə isə İspaniya yığmasının müdafiəçisi Serxio Ramos qərarlaşıb – 204 ötürmə.
 
Almeyda Azərbaycan yığmasının Millətlər Liqasının 3-cü turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi