Milli Dram Teatrının kollektivi beynəlxalq festivala gedir

milli-dram-teatrinin-kollektivi-beynelxalq-festivala-gedir
Oxunma sayı: 763

Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Monotamaşalar Festivalında Azərbaycanı təmsil edəcək.

Teatrın mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Beynəlxalq Monotamaşalar Festivalı avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək. 

Festivalda rejissor Anar Babalının Əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi təmsil edəcək “İuda” səhnə əsəri avqustun 7-də tamaşaçılara təqdim ediləcək. Mono tamaşada Əməkdar artist Ayşad Məmmədov özü çıxış edəcək.

Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.

Qeyd edək ki, Monotamaşalar Festivalı Bolqarıstanda ənənəvi olaraq keçirilir. Festivala Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və
digər ölkələrin təmsilçiləri də qatılacaq.