Milli Elmlər Akademiyasının Gəncə Bölməsi təsis edildi

milli-elmler-akademiyasinin-gence-bolmesi-tesis-edildi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, sərəncamda qeyd olunur ki, Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi təsis edilsin.

Nazirlər Kabinetinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Gəncə Bölməsinin tərkibinə daxil edilmək məqsədilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılmasını təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.