Milli Məclis elm-təhsilə üstünlük verəcək

milli-meclis-elm-tehsile-ustunluk-verecek
Oxunma sayı: 636

Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. Onun sözlərinə görə, bununla bağlı işçi qrup yaradılıb.

"Hələ layihənin hazırlanmasına başlanılmayıb. Amma "Ali təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılan kimi bu işlər sürətləndiriləcək. Ümumiyyətlə, Parlamentin bu çağırış müddətində təhsilin bütün pillələri ilə bağlı qanun layihələri hazırlanacaq", - komitə sədri deyib.

Şəmsəddin Hacıyev onu da qeyd edib ki, "Elm haqqında" qanunun payız sessiyasında qəbul ediləcəyi gözlənilir.

Azərbaycanda ilk dəfə hazırlanan bu qanunda "Təhsil haqqında" və "Elmin İnkişaf Strategiyası"ndakı bəzi müddəalar öz əksini tapıb.

Komitə sədri qanunun modern olacağını deyib.

Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycanda qızıl və gümüş medal alan orta məktəb məzunlarının ali məktəblərə müsabiqədən kənar qəbulu nəzərdə tutulmur. Onun sözlərinə görə, məzunlara qızıl və gümüş medalların təqdim edilməsi onlara mənəvi stimul verilməsi məqsədi daşıyır.