Milli Məclis payız sessiyasına başladı

milli-meclis-payiz-sessiyasina-basladi
Oxunma sayı: 653

Bundan əlavə, qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidenti, Ali Məhkəməsi, Baş Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Milli Məclisə təqdim ediləcək qanun layihələri, həmçinin “Azərbaycan Respublikasının 2012-ci dövlət büdcəsi haqqında” qanunlar paketinə daxil olan layihələri də payız sessiyasında müzakirəyə çıxarılacaq.

Payız sessiyasının qanunvericilik işləri planına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti, Rəqabət məcəllələri, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihələri də daxildir.

Kənd təsərrüfatının, elmin və təhsilin, sosial və mədəniyyət sahələrinin inkişafını nəzərdə tutan bir sıra mühüm qanunların müzakirəsi də planlaşdırılıb. Bunların sırasında “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Kənd təsərrüfatının kooperasiyası haqqında”, “Ali təhsil haqqında”, “Elm haqqında”, “Sosial xidmət haqqında”, “Pasiyentin hüquqları haqqında”, “Mədəniyyət haqqında” (birinci oxunuş), “Muğam sənəti haqqında” qanun layihələri var.

Sessiya dövründə bir sıra beynəlxalq saziş və müqavilələr, protokollar təsdiqlənəcək, qanunlara dəyişikliklər və əlavələr ediləcək.

ANS PRESS