Milli Məclis Silahlı Qüvvələrlə bağlı qərara dəyişiklik etdi

Milli Məclis Silahlı Qüvvələrlə bağlı qərara dəyişiklik etdi
Oxunma sayı: 2434

“Silahlı Qüvvələr taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilib.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclis prezidentin təqdimatına baxaraq Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilib.

“Silahlı Qüvvələr dörd taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində” sözləri “Azərbaycan Ordusunun sülhməramlı kontingentinin Türkiyə Respublikası Silahlı Qüvvələrinin” sözləri ilə əvəz edilib.

Qərar bu gündən qüvvəyə minir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi