Milli Məclisdə könüllülərin sualları cavablandırıldı

milli-meclisde-konullulerin-suallari-cavablandirildi
Oxunma sayı: 798

Bu gün Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçılarının sualları cavablandırılıb.

"Qafqazinfo" xəbər verir ki, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və gənclər və idman komitəsinin sədri Ülvi Quliyev layihə iştirakçılarına parlamentin iş prinsipi, komitələrin fəaliyyəti barədə məlumat veriblər.

Gənclər müxtəlif qanun layihələrinin hazırlanması, təkliflərin verilməsi, müzakirələrin aparılması və digər məsələlər haqqında məlumatlandırılıblar. Görüşdə bildirilib ki, keçirilən bu cür layihələr gənclərə böyük təcrübə qazandırmaqla yanaşı, gələcəkdə onların bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarını qoruyan təmsilçilər, siyasətçilər və diplomatlar kimi yetişməsinə şərait yaradır. Sonra layihə iştirakçılarına ölkəmizdə aparılan gənclər siyasəti, qanunvericilik prosesi, həyata keçirilən islahatlar haqqında məlumat verilib.

Günel Türksoy