Milli Məclisdə medal müzakirəsi

milli-meclisde-medal-muzakiresi
Oxunma sayı: 1625

Azərbaycanda yeni medal təsis olunub. 

“Qafqazinfo” xəbər verir ki, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. 

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏIi Hüseynli məlumat verib. 

Deputat Elmira Axundova bildirib ki, yeni medal təsis olunanda onun təsviri deputatlara aydın şəkildə göndərilməlidir: “Ancaq  bu medal bizə aydın şəkildə göndərilməyib. Hesab edirəm ki, bu deputatlara qarşı hörmətsizlikdir”.

Günel Türksoy