Milli Məclisdə Türkiyə-AŞPA müzakirələri

Milli Məclisdə Türkiyə-AŞPA müzakirələri
Oxunma sayı: 30

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov gündəlikdəki məsələlərin müzakirəsinə  keçməmişdən qabaq Avropa Şurası Parlament Assambleyasının Türkiyə barəsində çıxardığı monitorinq qərarına reaksiya verib. 

“Qafqazinfo” xəbər verir ki, o, bildirib ki, Türkiyə Avropa Şurasını yaratmış ilk dövlətlərdən biridir: “13 il öncə Türkiyə monitorinq prosesindən çıxarılsa da, yenidən post-monitorinqdən monitorinqə keçirilməsi barədə qərar verildi. Bununla bağlı bizim AŞPA-dakı nümayəndə heyətimiz də sərt çıxış etdi. Bu haqsız qərara öz etirazını bildirdi”.

Daha sonra  spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova bu barədə ətraflı danışması üçün söz verib. 

S. Seyidov da öz növbəsində deyib ki, Türkiyə ilə bağlı hazırlanan məruzə bütövlükdə qəbulolunmazdır: “Bu gün Avropada islamafobiya, radikalizm halları güclənməkdədir. Türkiyəyə qarşı verilən bu qərar da islamafobiyanın, radikalizmin bir elemendir. Hətta Türkiyə nümayəndə heyəti monitorinqin keçirilməsinə də etiraz etməmişdi. Qeyd etdilər ki, AŞPA post-monitorinqdən monitorinqə keçirməklə bütövlükdə Türkiyəni Avropadan ayırmağa nail olmaq istəyir. Ancaq təəssüf ki, AŞPA-dakı sağlam qüvvələrin və Türkiyə nümayəndə heyətinin mövqeləri qəbul olunmadı. Nəticədə bu qərar verildi”.

Millət vəkili Azay Quliyev bildirib ki, AŞPA-nın son qərarı Türkiyədə 15 iyulda uğursuz dövlət cəhdinin qisasıdır: “Əgər bu qurum demokratik bir təşkilat idisə niyə o zaman öz üzvündə baş vermiş dövlət çevrilişinə münasibət bildirmədi? Axı həmin hadisədə 265 nəfər dünyasını dəyişmişdi. Bu hadisə dövlət çevrilişinə nail ola bilməyənlərinTürkiyədən aldığı qisasdır”.

Millət vəkili Zahid Oruc  qeyd edib ki, Strasburqda AŞPA-nın qərargahının bir addımlığında PKK-nın qərargahı yerləşir: “Onlara Fransa televiziyasında efir verilir. Eynilə də Brüselldə. Bunlar onu göstərir ki, AŞPA başda olmaqla, digər Avropa strukturları  Türkiyədə bölücülüyü, parçalanmanı himayə edirlər”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi