Milli Məclisə dəstək adlı tvinninq layihəsi başa çatdı

milli-meclise-destek-adli-tvinninq-layihesi-basa-catdi
Oxunma sayı: 637

Gün.Az xəbər verir ki, Milli Məclis aparatının və tvinninq layihəsinin rəhbəri Səfa Mirzəyev layihənin yekunları ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib ki, Avropa İttifaqı və Avropa Komissiyası tərəfindən təşkil edilən layihənin icrası 2 il 3 ay çəkib.

O xatırladıb ki, 2009-cu ilin sentyabrında Avropa Komissiyası bu barədə tender elan etmişdi bə qalib kimi Litva parlamenti elan olunmuşdu.

“Həmin müddətdən bu yana tvinninq layihəsi ilə bağlı iki ölkənin parlamentləri arasında çox işgüzar münasibətlər, əməkdaşlıq əlaqələri yarandı. Litva parlamenti və parlamentariləri də həm mental baxımdan bizə yaxındırlar, həm də aramızda dil baryeri yox idi. Biz bir yerdə işgüzar şəraitdə layihəni həyata keçirdik”.

S.Mirzəyev vurğulayıb ki, layihədə göstərilən bütün komponentlər üzrə işlər müvəffəqiyyətlə başa çatdırlırılıb.

“Ümumiyyətlə Aİ və Avropa Komissiyası tərəfindən bu tipli layihələr bir çox ölkələrdə keçirilir. Sevindirici haldır ki bu tipli 280 layihə arasında tvinninq layihəsi müvəffəqiyyətlə icra olunduğuna görə 3-cü yeri tutur. Demokratiyanın inkişafına töhvəsinə görə isə bu layihə birinci hesab olunur”.

S.Mirzəyev qeyd edib ki, bu layihə çərçivəsindən böyük nailiyyətlər var.

“Onlardan ən əsası Azərbaycan qanunverciliyinin Aİ qanunvericiliynə yaxınlaşmasıdır. Bununla bağlı 3 pilot layihə həyata keçirilir – “Normativ – hüquqi aktlar haqqında”, “Tikinti və Şəhərsalma Məcəlləsi”, üçüncü isə Rəqabət Məcəlləsidir. Artıq qeyd etmək istərdim ki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanunu Milli Məclis tərəfindən qəbul olunub və qüvvəyə minib, Tikinti və Şəhərsalma Məcəlləsi bu günlərdə komitə iclaslarında müzakirədən sonra birinci oxunuşa tövsiyyə olunub. Rəqabət Məcəlləsi isə 3-cü oxunuşa təqdim olunma ərəfəsindədir”.