“Milli Məclis”in 10 yaşı olur...

milli-meclisin-10-yasi-olur
Oxunma sayı: 647

Azərbaycan parlamentinin ilk jurnalı olan “Milli Məclis”in təsis edilməsindən 10 il ötür.

"Qafqazinfo" xəbər verir ki,  Milli Məclisin təsisçiliyi ilə nəşrə başlayan “Milli Məclis” analitik informasiya jurnalı Azərbaycanın qanunverici orqanının mətbu nəşri kimi keçən müddət ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələri obyektiv işıqlandırmaqla bahəm müstəqil dövlətimizin suverenliyinə, insanların rifahına xidmət edən qanun yaradıcılığı proseslərinə də öz səhifələrində geniş yer verib. 

Azərbaycan parlamenti rəhbərliyinin diqqət və qayğısı nəticəsində “Milli Məclis” analitik informasiya jurnalı Azərbaycanın media məkanında ciddi rəsmi nəşr kimi böyük nüfuz qazanıb. 

“Milli Məclis” jurnalının baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Ülviyyə Abdullayeva bildirib ki, müasir parlamentimizin sözçüsü olan nəşr Milli Məclis rəhbərliyinin və Redaksiya Şurasının dəstəyini öz fəaliyyətində daim hiss edir. Öz növbəsində jurnal dövlətçiliyimizin və müstəqilliyimizin prinsiplərini əsas tutaraq üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışır.