Milli mətbəxlər və rəqslər nümayiş olunacaq

milli-metbexler-ve-reqsler-numayis-olunacaq
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə müxtəlif ölkələrin milli mətbəxləri və rəqsləri nümayiş olunacaq.

Gənclər tərəfindən təşkil olunan bu tədbir yerli və xarici vətəndaşlara adət-ənənələrinin, mədəniyyətlərinin təbliği vasitəsilə ölkəmizdə mədəni müxtəlifliyin çoxalmasına, Azərbaycan cəmiyyətinin mədəni həssaslığının artırılmasına yardım edir, habelə, tolerantlıq anlayışının yaranmasına xidmət edir.

Qeyd edək ki, “Global Village”in məqsədi dünya xalqlarına mədəniyyətlərini müxtəlif rəqslərlə, yeməklərlə, adətlərlə və s. vasitələrlə göstərməyə imkan yaratmaqdır.

Tədbir saat 18.00-da başlayacaq və iştirak pulsuz olacaq.
Nigar Məmmədli