Milli Olimpiya Komitəsinin 20 illiyi qeyd olunacaq

milli-olimpiya-komitesinin-20-illiyi-qeyd-olunacaq
Oxunma sayı: 634

Gənclər və İdman Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yubiley tədbirlərində təkcə idman ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək.

Belə ki, noyabrın 4-də saat 13.00-dan başlayaraq Dənizkənarı Milli Parkda səhərdən axşamadək müxtəlif tədbirlər həyata keçiriləcək. İdman həvəskarları və şəhər sakinləri Azərbaycan Olimpiya Hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olacaq. Bundan başqa idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək qazanacaqlar. Maraqlı isə odur ki, peşəkar fotoqraf tərəfindən çəkilən fotoşəkillər www.idman.com.az saytında yerləşdiriləcək və hamı öz şəklini həmin saytdan pulsuz götürə biləcək.

Bundan başqa, mərasim iştirakçıları boks, cüdo, taekvondo, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar idmançıların nümunəvi çıxışlarını izləyəcək və arzu edənlər həmin idman növlərində öz qüvvə və bacarıqlarını məşqçilərin müşaiyəti ilə yoxlaya biləcək.

Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş yürüş də təşkil ediləcək. Yürüşün qaliblərinə qiymətli hədiyyələr təqdim ediləcək.
Tədbirlərə Saat 18.30-da başlanacaq möhtəşəm konsert proqramı ilə yekun vurulacaq.

Sevinc