“Milli Ön”dən pul oğurlayan şəxs yaxalanıb

milli-onden-pul-ogurlayan-sexs-yaxalanib
Oxunma sayı: 642

Binəqədi rayonu ərazisindəki mağazalardan birindən pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlanıb.  

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İsayev tutulub.