Milli Platformanın İdarə Heyəti formalaşdırılıb

milli-platformanin-idare-heyeti-formalasdirilib
Oxunma sayı: 647

Yığıncaqda iştirak edən əksər üzvlər tərəfindən keçirilən gizli səsvermə yoluilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Demokratiya, insah haqları, yaxşı idarəetmə və sabitlik”, Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl “Avropaya iqtisadi inteqrasiya və uyğunlaşma”, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçın Sultanov “Ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri və enerji təhlükəsizliyi”, Azərbaycan Avrointeqrasiya İctimai Milli Komitəsinin əlaqələndiricisi Ilqar Həsənli “İnsanlar arasında ünsiyyət” qruplarının əlaqələndiricisi və həmin qruplardan İdarə Heyətinə üzv seçilmişdir. Beləliklə, Anar Məmmədli, Zohrab İsmayıl, Elçın Sultanov və İlqar Həsənli növbəti ildə Milli Platformanın İdarə Heyətinin üzvləri, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu isə Milli Əlaqələndiricisi olmaqla qrurumda strukturlaşma işi başa çatdırılmışdır.
Ümumi Yığıncaqda həmçinin Avropanın Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platformasının 2012-ci il üçün iş planı təsdiq edilib. İş Planına görə, Milli Platforma növbəti ildən institutsionallaşması ilə bağlı tədbirlər, hökumət və beynəlxalq təşkilatlarla görüşlərin təşkili, Fəaliyyət Planının monitorinqinin aparılması və sair fəaliyyətlər daxil edilmişdir.
Məlumat üçün qeyd edək ki, Milli Platforma 2 il bundan əvvəl 2009-cu ilin sonunda yaradılıb. Q.İbadoğludan əvvəl Milli Platformanın əlaqələndirici İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vuqar Bayramov və Humanitar Araşdırmalar Mərkəzinin sədri Əvəz Həsənov olublar.
Hazırda V.Bayramov və Q.İbadoğlu Azərbaycanı həmçinin Avropanın Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun Beynəlxalq İdarə Heyətində də təmsil edirlər.