Milli Qəhrəmana həsr olunmuş tədbir keçirilib

Milli Qəhrəmana həsr olunmuş tədbir keçirilib
Oxunma sayı: 503

“Yeniyetmə və gənclər  arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin  təşkili” layihəsi çərçivəsində Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun adını daşıyan 44 saylı tam orta məktəbdə tədbir keçirilib.

Nəsimi Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə  Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, gənc və yeniyetmələr, 44 saylı orta məktəbin şagirdləri  iştirak edib. 

Tədbirdə “20 Yanvar” İB-nin sədri Sultan Əzimzadə həyata keçirilən layihə haqqında məlumat verib, daha sonra 44 saylı orta məktəbin direktoru Leyla Baxşıyeva, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, ictimai birliyin Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Rey Kərimoğlu çıxış edib. Tədbir boyu  vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və  44 saylı orta məktəbin hazırladığı video roliklər izlənib, tədbirin aparıcısı Şəmistan Əlizamanlı Milli Qəhrəman Yusif Mirzəyevlə bağlı  xatirələrini danışıb, vətənpərvərlik mahnıları ifa edib.  
 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi