Milli Qəhrəmanın adını daşıyan ərazi abadlaşdırılır - Fotolar

Milli Qəhrəmanın adını daşıyan ərazi abadlaşdırılır
Oxunma sayı: 1091

Bakının küçə və prospektlərində yaşıl guşələrin yaradılması ilə bağlı müvafiq tapşırığın icrası sürətlə davam etdirilir. Görülən işlər çərçivəsində Nərimanov rayonunda da işlər artıq yekunlaşmaq üzrədir.

“Qafqazinfo” xəbər verir ki, rayonun Təbriz küçəsində yol kənarı sahələrdə abadlaşdırma işləri görülüb, ağaclara mövsümi qulluq göstərilib, 1500 kv.m sahədə qazon örtüyü dəyişdirilib, dekorativ güllərin əkilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Həmçinin Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi önündəki dairədə 650 kv.m sahədə qazon örtüyü salınıb, 22 ədəd müxtəlif növ dekorativ kol və ağac, 1500 ədəd gül əkilib. Bundan başqa, eyni adlı küçəboyu 1200 kv.m sahədə abadlaşma işləri davam etdirilir.

Nərimanov rayonunun A.M.Cümə küçəsində də işlər son mərhələdədir. Belə ki, ətraf ərazilər alaq otlardan təmizlənib, yaşıllıq üçün nəzərdə tutulmuş sahələrdə torpaq daha münbiti ilə əvəz edilib, qazon salınıb, çoxillik dekorativ güllər və 151 ədəd həmişəyaşıl iynəyarpaqlı əkilib. A.M.Cümə küçəsində yerləşən 39 saylı məktəbin ətrafında da 250 kv.m sahədə də qazon örtüyü salınıb, yaşıl guşələr yaradılıb, 12 ədəd çoxillik həmişəyaşıl ağac əkilib.

Eyni zamanda K.Rəhimov küçəsi boyunca 150 kv. sahədə torpaqlama işləri görülüb, qazon salınması işləri davam etdirilir.

Qeyd edək ki, Bakıda pilot olaraq həyata keçirilən məişət tullantılarının çeşidlənərək toplanması layihəsi də məhz Nərimanov rayonunda uğurla həyata keçirilir. Belə ki, layihə çərçivəsində 432-dən çox məntəqədə məişət tullantılarının toplanması yerləri təmir olunaraq müasirləşdirilib, yeni və müasir tullantı qutuları qoyulub.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi