Milli Qəhrəmanın oğlu evləndi - Video

Milli Qəhrəmanın oğlu evləndi
Oxunma sayı: 6283

Mərhum telejurnalist, Milli qəhrəman Alı Mustafayevin oğlu Tural Mustafayev ailə qurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Murad Arif İnstaqram hesabında məlumat paylaşıb.

O qeyd edib ki, həmin toya dəvət aldıqdan sonra toyu olan bəyin Alı Mustafayevin oğlu olduğunu öyrənib və mərasimdə iştirak edəcəyinə söz verib:

“Zəng etdilər ki, sizi toyumuzda görmək istəyirik. Söz verdim ki, oradayam... Uşaq ikən Alı Mustafayevin cəbhə bölgəsindən reportajlarına baxırdım. Bizim uşaqlığın asudəsi də belə süjetlər, əsgər marşları, Şəmistan Əlizamanlı, Çingiz Mustafayevin verilişləri, atamın təhlil etdiyi siyasi məsələlər idi... 1991-ci il, 20 noyabrda ermənilər tərəfindən vurulmuş hərbi helikotper xəbəri isə, hər birimizi dəhşətə saldı... Biz 90-ların uşaqları, şəhidlərimizə minnətdar olmağı o xəbərlərlə öyrəndik. Fürsət düşüncə şəhidlərimizin borcundan qismən olsa da, çıxmaq üçün, heç olmazsa öz nəğmələrimizlə övladlarının məclisində olmalıyıq. Gözəl toy idi. Tural və Minə, xoşbəxt olun!”


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi