Milli Şura yeni mitinq keçirəcək

milli-sura-yeni-mitinq-kecirecek
Oxunma sayı: 6006

Müxalifətçi Milli Şura yeni mitinq keçirmək niyyətində olduğunu bildirib. 

“Qafqazinfo” “Virtualaz”a istinadən xəbər verir ki, AXCP-nin mətbuat xidmətindən verilən məlumata görə, müxalifətin yeni mitinqi fevralın 23-də “Məhsul” stadionunda keçiriləcək. Mitinq saat 15:00-da başlayacaq.

Xatırladaq ki, daha öncə Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçi Milli Şuranın yanvarın 26-da mitinq keçirmək istəyinə rədd cavabı vermişdi.

Mitinqin keçirilməsi haqda müraciətə rədd cavabı bununla əsaslandırılmışdı ki, 19 yanvarda keçirilmiş əvvəlki mitinqdən sonra və yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət zamanı ictimai asayişin pozulması faktları qeydə alınmışdı.