Milli Şuranın sədr müavini cənub bölgəsinə səfər edib

milli-suranin-sedr-muavini-cenub-bolgesine-sefer-edib
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, səfərin əsas məqsədi layihədə iştirak etmək üçün müraciət edən gənclər arasında iştirakçıların müəyyən edilməsi və ARGTMŞ – nin əsas istiqamətlərindən biri olan region gəncləri və gənclər təşkilatlarının fəallaşdırılmasında mühüm yer tutan Regional Gənclər və İdman İdarələri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

Səfər zamanı əvvəlcə layihədə iştirak etmək üçün müraciət edən gənclərlə fəal ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq məqsədilə görüşlər keçirilib, onların bilik və bacarıqları ilə yaxından tanış olduqdan sonra isə layihə iştirakçıları müəyyən edilib. İştirakçıların müəyyənləşdirilməsində özü də iştirak edən Mirhəsən Seyidov hər region gənclərinin təşəbbüslərinin dəstəklənməsini və bacarıqlarının artırılmasının vacib olduğunu qeyd edib:

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Birliyi və UNİCEF tərəfindən keçirilən “Gənclər evi - gənclərin ətraf mühit məsələlərində iştirakını artıran əsas platformadır” layihəsi Lənkəran, Sabirabad, Goranboy, Yevlax və Göygöl rayonlarını əhatə edəcək. Layihə çərçivəsində ümumilikdə 25 000 gəncin əhatə olunacağı nəzərdə tutulub.