Milli Şuranın Tiflis müşavirəsində qəbul edilən - - qərarlar

milli-suranin-tiflis-musaviresinde-qebul-edilen-
Oxunma sayı: 3264


 

 

Xəbər verdiyimiz kimi iyulun 30-da Tiflisdə Milli Şuranın iclası keçirilib. Müşavirədə Milli Şuranın sədri, Milli Şuranın Aparatının rəhbəri, komissiya sədrləri, siyasi partiya sədriləri və onların təmsilçiləri iştirak ediblər. “Qafqazinfo”nun məlumatına görə, görüşdən sonra Milli Şuranın Aparat rəhbəri Eldar Namazov bildirib ki, müşavirədə Azərbaycandakı seçkiqabağı mühit, Milli Şuranın vəzifələri, seçkilərə hazırlıq və Milli Şuranın vahid namizədinə süni surətdə yaradılan problemlər müzakirə olunub.

 

Müşavirənin yekunu olaraq aşağıdakılar məqsədəuyğun sayılıb. Müşavirə iştirakçıları Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina ilə bağlı prosesin sürətləndirilməsi üçün vacib olan addımları müzakirə etmişdir. Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki və təşkilatı sahədə hazırlıq işləri, eyni zamanda ictimai və beynəlxalq rəyin hazırlanması sahəsində aparılan iş tamamlanmadığından; - Vətəndaşlıqdan imtina edilməsi ilə bağlı Rusiya qanunvericiliyində nəzərdə tutlduğu kimi şəxsən iştirakı tələb olunduğundan müşavirə iştirakçıları Rüstəm İbrahimbəyovun 31 iyul, 2013-cü il tarixdə Bakıya dönüşünü məqsədəuyğun hesab etməmişdir.

 


Eyni zamanda Rüstəm İbrahimbəyovun Bakıya dönüşünün Milli Şuranın qərarı ilə olması məqsədəuyğun sayılıb. Müşavirədə həmçinin Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasında qeydə alınması üçün zəruri addımlar barədə fikir mübadiləsi aparılmışdır. Qərara alınıb ki, Milli Şuranın əsasnaməsinə uyğun olaraq qurumun komissiya sədrlərinin və partiya təmsilçilərinin, icra aparatının və seçki qərargahı rəhbərlərinin iştirakı ilə Məşvərət Şurasının yaradılması sədrə tövsiyə olunsun. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı prosedurun sürətləndirilməsi üçün RF prezidenti V.Putinə müraciət edilməsi də məqsədəuyğun hesab edilib.

 

Müşavirədə noyabrda Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında müqavilənin imzalanması ərəfəsində Azərbaycan hökumətindən prezident seçkilərinin demokratikliyinə təminat verilməsi ilə bağlı səylər göstərilməsi üçün AB-yə müraciət olunsun. Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkidə sərbəst iştirakı ilə bağlı ABŞ Konqresinə və Dövlət Departamentinə müraciət məqsədəuyğun sayılıb. Müşavirədə həmçinin MŞ işinin gücləndirilməsi də zəruri hesab edilib. ("Turan")