Milli Şuranın yığıncağından İvanişvilinin xəbəri olmayıb

milli-suranin-yigincagindan-ivanisvilinin-xeberi-olmayib-
Oxunma sayı: 1959


Azərbaycanın müxalifət liderlərinin Tiflisdə toplaşacaqlarından xəbərsiz olduqlarını deyən deputatın sözlərinə görə, Gürcüstan hakimiyyəti bundan xəbərsiz olub, əks halda belə bir görüş baş tutmazdı:

“Gürcüstan hakimiyyəti, rəsmi dairələr Milli Şuranın Tiflisdə görüş keçirəcəyindən xəbərsiz idi. Onlar sadəcə QHT kimi yer arendaya götürüb tədbir keçiriblər. Bizim heç birimizin bundan xəbəri yox idi. Sonradan mətbuat vasitəsi ilə eşitdik ki, müxalifət nümayəndələri Tiflisdə görüş keçiriblər. Gürcüstan Parlamenti də bundan xəbərsiz idi. Hər halda hesab edirəm ki, rəsmi Tiflis belə bir görüşdən xəbərdar olsaydı icazə verməzdi. Sadəcə bir təşkilat kimi tədbir keçiriblər”.

Ə.Məmmədov Milli Şuranın Tiflisdə keçirməyi planlaşdırdığı ikinci görüşün təxirə salınmasına aydınlıq gətirib. O bildirib ki, ola bilsin buna rəsmi Tiflis icazə verməyib.

Qeyd edək ki, Milli Şuranın 15 üzvü Tiflisdə “Vera Palace” otelində  toplaşaraq prezidentliyə namizəd Rüstəm İbrahimbəyovla görüş keçirib. Görüş 6 saat davam edib.