Milli tolerantlıq mərkəzi fəaliyyətə başlayacaq

milli-tolerantliq-merkezi-fealiyyete-baslayacaq
Oxunma sayı: 631

Komitənin mətbuat xidmətindən “Qafqazinfo” ya verilən məlumata görə, ikitərəfli görüş zamanı Dövlət Komitəsinin sədri ölkəmizdə dünyaya nümunə ola biləcək mövcud dinlər və məzhəblərarası tolerantlıq modeli haqqında danışıb, bu sahədə Azərbayacan Prezidenti cənab İlham Əliyevin təşəbbüslərinin dünyada gedən proseslərə müsbət təsirini qeyd edib. E. İskəndərov bu təcrübənin daha dərindən öyrənilməsi və tətbiq olunması məqsədilə yaxın zamanda Azərbaycanda milli tolerantlıq mərkəzinin fəaliyyətə başlayacağını qeyd edib.
Səfir Kvelleni bu gün Avropa ölkələrində tolerantlığın iflasa uğraması ilə bağlı səslənən fikirlərə açıqlama gətirərkən bildirib ki, bunun əsasında çox mədəniyyətli cəmiyyətlərin mövcudluğunun özü-özlüyündə Avropa üçün yeni çağırış olması məsələsi durur. Ona görə söhbət bu çağırışlara adekvat cavab verəcək intellektual və təcrübə resursunun azlığından gedir. Bu fikrə münasibət bildirən Dövlət Komitəsinin sədri bildirib ki, multikulturalizm mühitinin qorunması hər bir müasir dövlətin prioriteti olmalıdır və bu sahədə Avropa ölkəsi olan Azərbaycan bütün Avropa üçün bir ümid yeridir.

Görüş zamanı Almaniya səfiri cənab Kvellen Azərbaycandakı lüteran kilsəsi icmasının fəaliyyəti üçün yaradılan şəraitdən razılığını ifadə edib, həmçinin Azərbaycan və Almaniya arasında tarixi əlaqələrin geniş təbliğ olunması, o cümlədən Azərbaycanda Alman əsilli insanların mənəvi-mədəni irsinin qorunması və tanıdılması barədə fikir mübadiləsi aparılmış, bir sıra maraqlı təkliflər müzakirə olunub.