Milli üzvünün ayağı sındı - Şok görüntü + Video

milli-uzvunun-ayagi-sindi-
Oxunma sayı: 3613

İrlandiya millisinin üzvü Şeymus Koleman ağır zədə alıb. “Qafqazinfo” xəbər verir ki, “Everton”un futbolçusu İrlandiya millisinin heyətində zədələnib.

Belə ki, o, Uels millisi ilə oyunun 68-ci dəqiqəsində rəqib futbolçu Neil Teylor ilə mübarizədə ayağından ağır zədə alıb. Ayağı sınan futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, Kolemana kobudluq edən Neil Teylor qırmızı vərəqə ilə cəzalanıb. UEFA-nın ona sərt cəza verəcəyi gündəmdədir.