Millimiz antirekorda doğru?

millimiz-antirekorda-dogru
Oxunma sayı: 1200

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, yığmamız doğma meydanda Kosovo ilə qarşılaşacaq.

Keçirdiyi bütün qarşılaşmalarda uduzan komandamız “Dalğa Arena”dakı görüşə ilk xal arzusu ilə çıxacaq.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
14 noyabr
18:00. Azərbaycan - Kosovo

Baş hakim: Roomer Tarajev (Estoniya).
Bakı. “Dalğa Arena” stadionu.
 
İrlandiya – 10, Almaniya - 9, İsrail – 7, Kosovo – 6, Norveç – 5, Azərbaycan – 0.
Qeyd edək ki, seçmə mərhələnin ilk dövrəsini bitirən millimizin hazırda qrupda top fərqi “-16”dır. Komandamız indiyə kimi yalnız AÇ-1996-da seçmə mərhələnin ilk dövrəsini “-17” top fərqi ilə bitirib. Sabah komandamız 1 top fərqli məğlubiyyətə uğrasa, 21 il əvvəlki antirekordu yeniləyəcək.