Millimiz baş məşqçi ilə yollarını ayırdı

millimiz-bas-mesqci-ile-yollarini-ayirdi
Oxunma sayı: 648

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. 

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. 

Xatırladaq ki, bolqar mütəxəssis 2016-cı ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi.