Millimiz bərabərliklə başladı - Fotolar + Yenilənib

millimiz-beraberlikle-basladi
Oxunma sayı: 6590

Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxacaq. “Qafqazinfo” xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda baş tutacaq oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağı olacaq.

Komandamız qrupun əsas favoritlərindən biri hesab olunan Kosovo ilə görüşdə qələbə qazanmağa çalışacaq. Əks halda yığmamızın qrup birinciliyi şansları azala bilər.

Bu qarşılaşma Qurban Qurbanovun millimizlə ilk rəsmi oyunu olacaq. 

UEFA Millətlər Liqası
D Liqası
3-cü qrup

7 sentyabr

20:00. Azərbaycan - Kosovo
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland
Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).
Bakı Olimpiya Stadionu.

***

Komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 3. Ürfan Abbasov, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 20. Riçard Almeyda, 22. Bədavi Hüseynov;

Kosovo: 1. Samir Uykani (k), 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 9. Bersant Selina, 10. Arber Zeneli, 13. Amir Rahmani, 15. Merqim Voyvoda, 18. Vedat Muriçi, 19. Leart Paçarada, 22. Edon Jeqrova. 

***

Matç başladı.

***

Oyunda ilk 20 dəqiqə geridə qaldı və hələlik hesab açılmayıb. Görüş bərabər səviyyədə davam edir. Tərəflərin cəhdlərinə baxmayaraq qapılar qarşısında təhlükəli vəziyyətlər yaratmaq mümkün olmayıb.

***

Komandalar daha çox mərkəz mübarizəsində bir-birilərinə üstünlük qurmağa çalışıblar. İlk hissənin sonlarına yaxın Kosovo biraz aktivləşsə də, müdafiəçilərimiz sayıqlıqlarını itirməyiblər. Beləliklə, ciddi qol vəziyyətlərinin yaranmadığı ilk hissədə hesab açılmayıb.

***

İkinci hissə başladı.

***

Komandamız bu hissəyə daha aktiv başlayıb. Ardıcıl hücumlarla rəqib cərimə meydançası ətrafında təhlükəli həmlələr edən millimiz real qol imkanları axtarır.

***

54-cü dəqiqədə belə hücumların birində 100 faizlik qol imkanı yan xətt hakiminin səhvi nəticəsində əlimizdən çıxıb. Hakim ofsayt qərarı verib.

***

Matçda 75 dəqiqə geridə qaldı. Azərbaycan üstünlüyünü daha möhkəmləndirsə də, vacib olan qol hələ vurulmayıb.

***

Oyunda qol vurulmadı və 0:0 hesabı ilə başa çatdı.